Yuxarı

KİV: Tramp Boltonun yerinə O Brayenin namizədliyini nəzərdən keçirir

​KİV: Tramp Boltonun yerinə O Brayenin namizədliyini nəzərdən keçirir

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavir postuna ABŞ-ın girov məsələləri üzrə xüsusi nümayəndəsi O Brayenin namizədliyini nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "The Washington Post" qəzeti bildirib.

Qəzetin məlumatlarına görə, Tramp cümə günü Ağ Evdə O Brayenlə görüşüb. Hakimiyyət Dövlət Departamenti və Pentaqonun nümayəndələri ilə yaxşı münasibətlərinə görə onu "təhlükəsiz seçim" hesab edir.

"Ağ Evdə komanda oyunçusunu görmək istəyirlər", - deyə "The Washington Post" hakimiyyət nümayəndəsinin sözlərini sitat gətirib.

Daha əvvəl Tramp ABŞ-ın dövlət katibi Maykl Pompeonun milli təhlükəsizlik üzrə köməkçi vəzifəsinə təyinatını istisna edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi