KİV: Tramp 80 yaşlı ticarət nazirini tez-tez aşağılayıb

KİV: Tramp 80 yaşlı ticarət nazirini tez-tez aşağılayıb Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp əqli qabiliyyətlərini sual altına qoyaraq 80 yaşlı ticarət naziri Uilbor Rossu tez tez həmkarlarının qarşısında aşağılayır.
Digər ölkələr
23 Yanvar , 2018 04:12
KİV: Tramp 80 yaşlı ticarət nazirini tez-tez aşağılayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp əqli qabiliyyətlərini sual altına qoyaraq 80 yaşlı ticarət naziri Uilbor Rossu tez tez həmkarlarının qarşısında aşağılayır.

"Report"un məlumatına görə, bu haqda mənbələrə istinadən "Axios" portalı yazıb.

Qeyd edilir ki, Tramp xüsusi halda Pekinlə imzalanmış ticarət razılaşmalarından narazı qalıb.

"Bu ticarət sazişləri dəhşətlidir. Sizin ticarət anlayışınız dəhşətlidir. Və sazişlər çox da yaxşı deyil", - deyə portal mənbələrə istinadən prezidentin sözlərini sitat gətirib. Bundan başqa, Tramp Uilbor Rossun bacarığını da açıq şəkildə şübhə altına qoyub.

Lakin Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ prezidenti Uilboru "sevir".

Son xəbərlər

Orphus sistemi