Yuxarı

Somalidəki terror aktında ölənlərin sayı 25-ə, yaralananların sayı 40 nəfərə çatıb - YENİLƏNİB-2 - VİDEO - FOTO

​KİV: Somalidə ən azı 6 adam partlayışın qurbanı oldu
Paytaxtdakı Milli Teatr binasının yaxınlığında yerləşən keçid-buraxılış məntəqəsində minalanmış avtomobil partlayıb
© AFP 2018 / Mohamed Abdiwahab

Bakı. 22 dekabr. REPORT.AZ/ Somalidə törədilmiş terror aktında ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dalsan TV-nin "Twitter" səhifəsində bildirilir.

Qeyd edilir ki, ölənlər arasında jurnalistlər də var. Partlayışlar zamanı həmçinin 40 nəfər yaralanıb.

DPA agentliyi hadisənin Moqadişoda, Milli Teatrın binası yaxınlığında baş verməsi barədə məlumat yayıb. İki avtomobilə yerləşdirilmiş bombaların partlamasına görə məsuliyyəti, "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Onların hədəfi teatrın yaxınlığındakı prezident sarayının nəzarət-buraxılış məntəqəsi olub.

Daha əvvəl partlayışlar zamanı 16 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilirdi.  


***18:11

Somalinin paytaxtı Moqadişoda törədilmiş partlayış nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Bildirilir ki, prezident sarayının yaxınlığında törədilən partlayış nəticəsində 16 nəfər ölüb, habelə 20-dən çox insan yaralanıb. Ölənlərdən 3-ü "Universal TV" telekanalının əməkdaşlarıdır.

Polis kapitanı Məhəmməd Hüseyn bildirib ki, hücumçuların hədəfi sarayın arxa girişinin buraxılış məntəqəsi olub. O, qeyd edib ki, yaralılar arasında Moqadişo merinin müavini də var.

Daha əvvəl partlayış nəticəsində azı 6 nəfərin həlak olduğu, daha 13 nəfərin yaralandığı bildirilir. Bu hadisədən sonra paytaxtda daha bir partlayış törədilib.

Partlayışa görə məsuliyyəti radikal islamçı "Aş-Şabab" ("Gənc mücahidlər hərəkatı" - red) qruplaşması üzərinə götürüb. 


***13:06

Somalinin paytaxtı Mogadişoda partlayış nəticəsində ən azı 6 nəfər ölüb, 13-dən çox insan yaralanıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Radio Dalsan” bildirib.

"Ən azı 6 nəfər həlak olub, 13-dən çoxu yaralanıb" - radiostansiyasının Twitter-dəki məlumatında deyilir.

Qeyd edilir ki, minalanmış avtomobil paytaxtın mərkəzindəki Milli Teatr binasının yaxınlığında yerləşən keçid-buraxılış məntəqəsində partladılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi