Yuxarı

KİV: Rusiyalı zabit Bəşşar Əsədi Vladimir Putinin yanına buraxmayıb

KİV: Rusiyalı zabit Bəşşar Əsədi Vladimir Putinin yanına buraxmayıb
© dailymail.co.uk

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin Suriyaya qısamüddətli səfəri zamanı dekabrın 11-də Hmeymim bazasında rusiyalı zabit Bəşşar Əsədi onun yanına buraxmayıb.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.

Belə ki, Rusiya prezidenti fəxri qarovul dəstəsi tərəfə yollanarkən ondan geri qalan Əsəd qonağa çatmaq istəyib, amma rusiyalı hərbçi əli ilə onu saxlayıb. Əsəd təəccübünü gizlədə bilməsə də, əmrə tabe olub.

Ekspertlərin fikrincə, bu hadisə Suriyadakı vəziyyəti ən yaxşı şəkildə əks etdirir. Nəşr yazır ki, hakimiyyətini yalnız Rusiyanın müdaxiləsi ilə qorumağa nail olan Əsəd suveren dövlətin lideri yox, protektorat hökmdarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi