Yuxarı

KİV: London Skripala FTX-nin keçmiş əməkdaşının sui-qəsd etməsindən şübhələnir

KİV: London Skripala FTX-nin keçmiş əməkdaşının sui-qəsd etməsindən şübhələnir

Bakı. 22 aprel. REPORT.AZ/ Böyük Britaniya polisi Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Solsberidə Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş agenti tərəfindən zəhərlənməsindən şübhələnir.

"Report"un məlumatına görə, bu barədə "Sunday People" xüsusi mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, polis sui-qəsd cəhdinin "Qordon" ləqəbli şəxs tərəfindən həyata keçirildiyini güman edir. FTX-nin 54 yaşlı keçmiş agenti "Mixail Saviçkis" və daha iki uydurma ləqəbdən istifadə edir.

Polis onun Britaniyadan Rusiyaya getməsindən ehtiyatlanır. Hüquq-mühafizə orqanları əməkdaşlarının qənaətincə, Skripala və qızına hücum 6 nəfərlik qrup tərəfindən həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi