Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyə polisi İstanbulda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.
"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər şəhər polisinə istinadən məlumat yayıb.
Polisin məlumatına görə, sentyabrda saxlanılan 3 döyüşçüdə 2013-cü ildə Bostonda terror aktı zamanı istifadə olunmuş partlayıcı qurğunu hazırlamaq üçün instruksiya aşkar edilib.
Saxlanılan şəxslərin üzərində həmçinin İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb.