İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb

İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb Saxlanılan şəxslərin üzərində İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb
Digər ölkələr
27 Sentyabr , 2017 21:22
İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyə polisi İstanbulda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV-lər şəhər polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, sentyabrda saxlanılan 3 döyüşçüdə 2013-cü ildə Bostonda terror aktı zamanı istifadə olunmuş partlayıcı qurğunu hazırlamaq üçün instruksiya aşkar edilib.

Saxlanılan şəxslərin üzərində həmçinin İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb. 

Son xəbərlər

Orphus sistemi