Yuxarı

Kaliforniyanın zooloqları monarx kəpənəklərinin 90 faizinin nəslinin kəsildiyini bildiriblər

Kəpənəklərin nəslinin kəsilməsi təhlükəsi yaranıb

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatından alimləri monarx ("danaid") kəpənəklərinin demək olar ki, on dəfə azalmasını qeydə alıblar.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Məlumata görə, alimlər kəpənəklərin bu növünün tamamilə nəslinin kəsilməsi təhlükəsinin olduğunu bildiriblər.

"Xerces" Cəmiyyətinin ekoloqları tərəfindən aparılan son hesablamalara görə, 2018-ci ildə 30 mindən az kəpənək qeydə alınıb. Halbuki 1981-ci ildə onların sayı milyondan çox olub.

Bildirilir ki, ötən ilə qədər danaid kəpənəklərinin ABŞ-ın qərb sahili boyunca uçması müşahidə edilirdi. Lakin keçən il kəpənəklərin miqrasiyası aşkar edilməyib.

Daha əvvəl Lənkəranda "Qırmızı Kitab"da qeydiyyatda olan maxaon kəpənəyi aşkar edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi