Yuxarı

Kataloniyanın rəhbəri yaxın günlərdə muxtar qurumun müstəqilliyini elan edəcəyini söz verib

Kataloniyanın rəhbəri yaxın günlərdə muxtar qurumun müstəqilliyini elan edəcəyini söz verib
Hökumət bu istiqamətdə həftənin sonu və ya gələn həftənin əvvəlində addım atacaq

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kataloniyanın rəhbəri Karles Puçdemon yaxın günlərdə muxtar qurumun müstəqilliyini elan edəcəyini söz verib.

"Report"un məlumatına bu barədə o, "BBC"yə müsahibəsində bildirib.

Puçdemonun sözlərinə görə, hökumət bu istiqamətdə həftənin sonu və ya gələn həftənin əvvəlində hərəkət etməyə başlayacaq.

İspaniyanın Kataloniya hökuməti üzərində nəzarəti ələ keçirməyə mümkün cəhdi haqqında suala cavabında generalitet başçısı bildirib ki, bu, hər şeyi dəyişdirən səhv olardı.

Kataloniyanın müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilib. Hökumətin məlumatına görə, seçicilərin 90 faizi regionun İspaniyadan ayrılmasına səs verib.

Daha əvvəl İspaniya kralı VI Filippin referendumun nəticələrini tanımadığı xəbər verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi