Kataloniyada ümumxalq tətili keçiriləcək

Kataloniyada ümumxalq tətili keçiriləcək Bu gün İspaniyanın Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək.
Digər ölkələr
18 Oktyabr , 2019 05:58
Kataloniyada ümumxalq tətili keçiriləcək

Bu gün İspaniyanın Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.

Onlar İspaniya Ali Məhkəməsinin 2017-ci ildə Kataloniya referendumu haqqında iş üzrə qərarına qarşı etiraz edirlər.

Tətillə bağlı Kataloniyada məktəblər, uşaq bağçaları, müxtəlif idarələr bağlanacaq. Şəhər ictimai nəqliyyatının operatoru heç olmasa, işin minimal səviyyəsini təmin etməyə söz verdi: küçələrdə 20%-dən 30%-ə qədər avtobus işləyəcəklər.

Köhnə şəhərdə həmçinin bəzi mağazalar və kafelər bağlanacaq. Çoxları yaranacaq vəziyyətə uyğun işləyəcəklər - əgər qarışıqlıqlar başlansa, onda onlar dərhal bağlanacaq.

Son xəbərlər

Orphus sistemi