Bu gün İspaniyanın Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.
Onlar İspaniya
Tətillə bağlı Kataloniyada məktəblər, uşaq bağçaları, müxtəlif idarələr bağlanacaq. Şəhər ictimai nəqliyyatının operatoru heç olmasa, işin minimal səviyyəsini təmin etməyə söz verdi: küçələrdə 20%-dən 30%-ə qədər avtobus işləyəcəklər.
Köhnə şəhərdə həmçinin bəzi mağazalar və kafelər bağlanacaq. Çoxları yaranacaq vəziyyətə uyğun işləyəcəklər - əgər qarışıqlıqlar başlansa, onda onlar dərhal bağlanacaq.