Yuxarı

Kataloniyada avtomobil və dəmir yolları bağlanır

Kataloniyada avtomobil və dəmir yolları bağlanır

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kataloniyadakı müstəqillik referendumunun ildönümü münasibətilə keçirilən irimiqyaslı aksiyalar çərçivəsində regionun şimal-şərqində avtomobil və dəmir yolları bağlanıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, aksiya iştirakçıları yeni referendum keçirilməsini tələb edirlər. Polisin gördüyü tədbirlərə baxmayaraq, artıq Barselona, Girona, Tarraqona kimi şəhərlərdə yollar bağlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi