Yuxarı

Kataloniya polisinin rəhbəri üsyana çağırışda ittiham olunur

Kataloniya polisinin rəhbəri üsyana çağırışda ittiham olunur
İspaniya Milli Məhkəmə Kollegiyası Kataloniya polisinin rəhbəri Xosep Luis Traperonu ifadə vermək üçün çağırıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ İspaniya Milli Məhkəmə Kollegiyası Kataloniya polisinin rəhbəri Xosep Luis Traperonu ifadə vermək üçün çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, məhkəmə qərarında onun üsyana çağırışda ittiham olunduğu göstərilib.

Polis rəhbəri oktyabrın 6-da məhkəməyə gəlməlidir.

Daha əvvəl prokurorluq tərəfindən müvafiq iddia qaldırılıb.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında "referendum" keçirilib və rəsmi Madrid bunu tanımadığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi