Kataloniya əhalisinin üçdə biri növbədənkənar parlament seçkilərində səs verib

Kataloniya əhalisinin üçdə biri növbədənkənar parlament seçkilərində səs verib Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətində keçirilən növbədənkənar parlament seçkilərində artıq seçicilərin, təxminən, 35%-i səs verib.
Digər ölkələr
21 Dekabr , 2017 17:54
Kataloniya əhalisinin üçdə biri növbədənkənar parlament seçkilərində səs verib
РИА Новости

Bakı. 21 dekabr. REPORT.AZ/ İspaniyanın Kataloniya Muxtar Vilayətində keçirilən növbədənkənar parlament seçkilərində artıq seçicilərin, təxminən, 35%-i səs verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu səsvermənin saytında dərc edilən məlumatlar göstərir.

Məlumata görə, yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 16:00) qədər seçkilərdə səs vermək hüququ olan 5,5 milyon nəfərin 34,69%-i iştirak edib.

Bu göstərici 2015-ci ilin seçkilərində qeydə alınan seçici fəallığından az (o vaxt 35,10% idi - red.) olsa da, bu dəfə seçkilər iş günündə keçirilir və seçicilərin əksəriyyətinin işdən sonra səsvermədə iştirak etməsi mümkündür.

Ekspertlər bu seçkilərdə rekord seçici fəallığı olacağını və bu göstəricinin 80%-dən çox olacağını proqnozlaşdırır. Xatırladaq ki, 2015-ci ildəki seçkilərdə seçici fəallığı 77% olub.

Qeyd edək ki, seçki məntəqələri (Muxtar Vilayətdə, ümumilikdə, 2680 məntəqə var - red.) yerli vaxtla səhər saat 09:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 20:00-a qədər (Bakı vaxtı ilə 23:00) açıq olacaq.

Son xəbərlər

Orphus sistemi