Karib dənizinin Honduras sahillərində 7,8 bal gücündə zəlzələ olub

Karib dənizinin Honduras sahillərində 7,8 bal gücündə zəlzələ olub Bakı. 10 yanvar. REPORT.AZ/ Karib dənizinin Honduras sahillərində zəlzələ olub.
Digər ölkələr
10 Yanvar , 2018 07:09
Karib dənizinin Honduras sahillərində 7,8 bal gücündə zəlzələ olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Karib dənizinin Honduras sahillərində zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" ABŞ-ın Geologiya Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:51-də (Bakı vaxtı ilə 6:51-də) 7,8 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Barra-Patuka yaşayış məntəqəsindən 201 kilometr şimal-şərqdə olub. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi var. Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi