Kanar adalarında yanğın səbəbindən 1000 nəfər təxliyyə olunub - VİDEO

Kanar adalarında yanğın səbəbindən 1000 nəfər təxliyyə olunub - VİDEO Avqustun 10-da Kanar adalarından biri olan Qran-Kanariyada baş verən güclü yanğınlar səbəbindən təxliyyə olunanların sayı 1000 nəfərə çatıb.
Digər ölkələr
11 Avqust , 2019 21:06
Kanar adalarında yanğın səbəbindən 1000 nəfər təxliyyə olunub - VİDEO

Avqustun 10-da Kanar adalarından biri olan Qran-Kanariyada baş verən güclü yanğınlar səbəbindən təxliyyə olunanların sayı 1000 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Kanar adalarının prezidenti Anhel Viktor Torres mətbuat konfransında deyib.

Daha əvvəl 400 nəfərin təxliyyə olunduğu məlum idi.

Torresin sözlərinə görə, şənbə günü axşam yanğınsöndürənlər yanan ərazinin 85 faizini nəzarətə götürə biliblər, lakin vəziyyət küləyin öz səmtini dəyişməsi ilə çətinləşib. Hazırda bütün mümkün qüvvələr təbii fəlakətlə mübarizəyə cəlb olunub, yanğınla 200-dən çox yanğınsöndürən mübarizə aparır, həmçinin alovun söndürülməsi prosesinə 10 hava gəmisinin qoşulacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi