Kanadanın Vankuver adası sahillərində 6,5 bal gücündə zəlzələ olub.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar 12 km dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib. Təbii fəlakət nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat yayılmayıb.