Yuxarı

Kanadada təyyarə burulğana düşüb, 3 nəfər xəsarət alıb

Kanadada təyyarə burulğana düşüb, 3 nəfər xəsarət alıb
Hava gəmisi geri qayıtmaq məcburiyyətində qalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Kanada ərazisində Torontodan Kosta-Rikanın San-Xose şəhərinə uçan təyyarənin burulğana düşməsindən sonra 3 sərnişin xəsarət alıb.

"Reprot" STV telekanalına istinadən xəbər verir ki, "Air Canada" aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri hadisənədən sonra hava limanına geri qayıtmaq barədə qərar qəbul ediblər.

Təyyarə eniş etdikdən sonra xəsarət alanlardan 2-si xəstəxaya yerləşdirilib, daha birinə hava limanında tibbi yardım göstərilib.

Telekanalın məlumatına görə, zərərçəkənlərdə cüzi xəsarətlər var.

Hava gəmisi hadisə nəticəsində zərər çəkməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi