Kanadada qatar relsdən çıxıb, ölənlər var

Kanadada qatar relsdən çıxıb, ölənlər var Polis iki nəfərin ölüm faktını təsdiq edib
Digər ölkələr
21 Aprel , 2017 05:55
Kanadada qatar relsdən çıxıb, ölənlər var

Bakı. 21 aprel. REPORT.AZ/ Kanadanın qərb sahilində yerləşən Vankuver adasında yük qatarı relsdən çıxıb.

"Report"un CBC telekanalına istinadən verdiyi xəbərə görə, polis iki nəfərin öldüyünü təsdiq edib.

Daha 3 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Odun daşıyan qatarda ağac tədarük edən "Western Forest Products" şirkətinin əməkdaşları olub.

Son xəbərlər

Orphus sistemi