Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib

Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib Kanadada oteldə onlarla insan dəm qazından zəhərlənib.
Digər ölkələr
10 İyul , 2019 01:00
Kanadada oteldə 43 nəfər dəm qazından zəhərlənib

Kanadada oteldə onlarla insan dəm qazından zəhərlənib.

Bu barədə “Report” CBC telekanalına istinadən xəbər verir.

Yerli administrasiyaya istinadən yayılan xəbərdə bildirilir ki, hadisə Vinnipeqdəki “Super 8 Motel West” otelində baş verib.

Mehmanxananın daxilində karbon oksidin konsentrasiyası təhlükəli səviyyəni on dəfələrlə ötüb. Güman edilir ki, fövqəladə hadisə qazın mətbə plitələrində natamam yanmasına və ya pis ventilyasiyaya görə olub.

Hadisə zamanı ümumilikdə 46 nəfər dəm qazından zəhərlənib. Onların hamısı xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 15-i kritik vəziyyətdədir. 

Son xəbərlər

Orphus sistemi