Kanadada avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb

Kanadada avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb Bakı. 26 fevral. REPORT.AZ/ Kanadanın cənub-qərbində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, təqribən 40 nəfər xəsarət alıb.
Digər ölkələr
26 Fevral , 2018 13:02
Kanadada avtobus qəzaya uğrayıb, 40 nəfər xəsarət alıb
The Progress

Bakı. 26 fevral. REPORT.AZ/ Kanadanın cənub-qərbində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, təqribən 40 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Houp şəhəri (Britaniya Kolumbiyası vilayəti) yaxınlığındakı avtomobil yolunda ekskursiya avtobusu, bir neçə yük maşını və minik maşını toqquşub.

Yerli KİV 7 nəfərin ağır vəziyyətdə xəstəxanaya aparıldığını yazıb. Bəzi media orqanları isə 2 turist avtobusunun yol qəzasına səbəb olduğunu iddia edir.

Son xəbərlər

Orphus sistemi