Kanadada məscidə hücum edən şəxs ömürlük azadlıqdan məhrum edilib

Kanadada məscidə hücum edən şəxs ömürlük azadlıqdan məhrum edilib Bakı. 9 fevral. REPORT.AZ/ 2017-ci ildə Kanadanın Kvebek-Siti şəhərində məsciddə 6 nəfərin ölümü ilə nəticələnən terror aktının 29 yaşlı icraçısı Aleksandr Bissonnett cümə günü ömürlük həbs cəzasına məhkum edilib.
Digər ölkələr
9 Fevral , 2019 01:37
Kanadada məscidə hücum edən şəxs ömürlük azadlıqdan məhrum edilib

Bakı. 9 fevral. REPORT.AZ/ 2017-ci ildə Kanadanın Kvebek-Siti şəhərində məsciddə 6 nəfərin ölümü ilə nəticələnən terror aktının 29 yaşlı icraçısı Aleksandr Bissonnett cümə günü ömürlük həbs cəzasına məhkum edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, kişi ən azı 35 il həbsxanada cəza çəkdikdən sonra təcili qaydada şərti azadlığa çıxmaq üçün ərizə ilə müraciət edə bilər.

Bissonnett 29 yanvar 2017-ci il tarixində Kvebek-Siti məscidinə gələnlərə atəş açıb. Nəticədə 6 nəfər ölüb, 19-u yaralanıb.

Son xəbərlər

Orphus sistemi