Kanadada 22 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb

Kanadada 22 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb Sərnişinlərin hamısı çoxsaylı xəsarətlər alıb
Digər ölkələr
14 Dekabr , 2017 07:16
Kanadada 22 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "ATR 42" sərnişin təyyarəsi səmaya qalxdıqdan sonra Fon-dyu-Lak hava limanında yerə düşüb.

Yerli xilasedicilərin sözlərinə görə, təyyarə uçuş-enmə zolağının bir kilometrliyində yerə düşüb.

İlkin məlumata görə, hadisə zamanı onun göyərtəsində 22 sərnişin və 3 heyət üzvü olub. Qəza nəticəsində onların hamısı çoxsaylı xəsarətlər alıb. Lakin hadisə zamanı heç kim ölməyib.

Hazırda hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi