Bakı. 29 noyabr. REPORT.AZ/ Kanada hökuməti jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı şübhəli sayılan Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiya tətbiq edib.
Bu barədə “Report” Kanada XİN-in saytına istinadən xəbər verir.
Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.