Camal Qaşıqçının övladları Ər-Riyadı atalarının cəsədini qaytarmağı çağırıb

Camal Qaşıqçının övladları Ər-Riyadı atalarının cəsədini qaytarmağı çağırıb Bakı. 5 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının övladları Salah və Abdullah Səudiyyə Ərəbistanından atalarının cəsədini onlara vermələrini xahiş ediblər.
Digər ölkələr
5 Noyabr , 2018 06:46
Camal Qaşıqçının övladları Ər-Riyadı atalarının cəsədini qaytarmağı çağırıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilmiş jurnalist Camal Qaşıqçının övladları Salah və Abdullah Səudiyyə Ərəbistanından atalarının cəsədini onlara vermələrini xahiş ediblər.

"Report" xəbər verir ki, onlar bu barədə CNN-ə müsahibələrində bildiriblər.

Salahın sözlərinə görə, indi öldürülmüş jurnalistin ailə üzvləri arasında hamı atalarının cəsədini Mədinədə, qohumlarının dəfn edildiyi qəbristanlıqda torpağa tapşırılmasını istəyir. "Mən bu barədə Səudiyyə Ərəbistanının hakimiyyət orqanlarının nümayəndələrinə dedim və ümid edirəm ki, bu, yaxın vaxtda baş verəcək", - deyə o qeyd edib.

Jurnalistin digər övladı Abdulla isə əlavə edib ki, o, atasının öldürülməsinin tez baş verdiyinə, əzablı olmadığına və ya valideyninin sakitcə ölməsinə inanmaq istəyir. 

Son xəbərlər

Orphus sistemi