Kameron: Nüvə silahının istifadəsi bəzən labüddür

Kameron: Nüvə silahının istifadəsi bəzən labüddür “Qəbul etməliyik ki, bəzi hallarda nüvə silahı istifadə olunmalıdır”
Digər ölkələr
4 Oktyabr , 2015 19:05
Kameron: Nüvə silahının istifadəsi bəzən labüddür

Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Devid Kameron hesab edir ki, müəyyən hallarda nüvə silahı istifadə oluna bilər.

“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, Mançester şəhərində çıxış edən hökümət başçısı bildirib ki, əsas siyasi rəqibi olan Leyborist partiyasının lideri Ceremi Korbinlə nüvə silahının tətbiqi məsələsində həmfikir deyil.

Kameron, “Qəbul etməliyik ki, bəzi hallarda nüvə silahı istifadə olunmalıdır”, - deyə vurğulayıb.

Qeyd edək ki, Ceremi Korbin son çıxışlarının birində bildirmişdi ki, Böyük Brtaniya hətta birbaşa təhlükə ilə qarşılaşsa nüvə silahına əl atılmamalıdır.

Son xəbərlər

Orphus sistemi