Rusiyada iki dəfə zəlzələ baş verib

Rusiyada iki dəfə zəlzələ baş verib Tələfat və dağıntı yoxdur, sunami təhlükəsi elan olunmayıb
Digər ölkələr
13 Mart , 2017 02:35
Rusiyada iki dəfə zəlzələ baş verib
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Son sutka ərzində Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində 2 dəfə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ 4,8 bal gücündə olub. Yeraltı təkanların episentri Ust-Kamçatskda, rayon mərkəzindən 70 kilometr cənubda yerləşib.

Kamçatka zahillərindəki daha bir zəlzələ 4,2 bal gücə malik olub. İkinci yeraltı təkan Sakit okeanda, Petropavlovsk-Kamçatskdan 199 kilometr cənub-şərqdə qeydə alınıb.

Hər iki zəlzələ yaşayış məntəqələrində hiss edilməyib. Tələfat və dağıntı yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi