Yuxarı

Kaliforniyada yanğınlar zamanı 1276 nəfər itkin düşüb

Kaliforniyada yanğınlar zamanı 1276 nəfər itkin düşüb

Bakı. 18 noyabr. REPORT.AZ/ Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı artıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə Byutt dairəsinin şerifi Kori Honea keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, noyabrın 8-dən davam edən yanğınlar nəticəsində 76 nəfər həlak olub, daha 1276 nəfər itkin düşüb.

Qeyd edək ki, bu, ştat tarixində ən dağıdıcı yanğınlardır. Alov 9,8 min evi və 60 min hektardan çox meşəni məhv edib. 

Daha əvvəl bildirilirdi ki, meşə yanğınları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, min nəfərdən çox insan itkin düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi