Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın təcili xidmətlərinin əməkdaşları Kaliforniyada ştat tarixinin ən böyük meşə yanğınının 100 faiz lokallaşdırıldığını xəbər veriblər.
"Report" xəbər verir ki, bu barədə Kaliforniyanın Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin açıqlamasında bildirilir.
Kaliforniyada meşə yanğınları noyabrın 8-dən davam edirdi. Təcili xidmətlərin məlumatına görə, alov demək olar, 14 min evi məhv edib.
Təbii hadisə nəticəsində 85 nəfər həlak olub, 500-ə yaxın insan itkin düşüb.