Kabilin mərkəzində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Kabilin mərkəzində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB Partlayış "Kabul Bank"ın şöbəsinin girişində, ABŞ səfirliyinin yaxınlığında baş verib
Digər ölkələr
29 Avqust , 2017 12:22
Kabilin mərkəzində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB

Bakı. 29 avqust. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə "Kabul Bank"ın ofisinin yaxınlığında baş vermiş partlayışda 5 nəfər həlak olub, 8 nəfər yaralanıb. 

Bu barədə "Report" "Tolonews"a istinadən xəbər verir.

KİV-in məlumatına görə, partlayış zamanı bankda sıxlıq olub: insanlar Qurban Bayramı öncəsi əmək haqqlarını almaq üçün növbəyə dayanıblar.


***10:16

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib.

"Report" "Tolonews"a istinadən xəbər verir ki, partlayış ABŞ səfirliyi yerləşən ərazidə olan "Kabul Bank"ın şöbəsinin girişində törədilib.

İlkin məlumatlara görə, terroçu-kamikadze mühafizəçilər tərəfindən aşkar edildiyini anlayınca özünü partladıb.

Hadisə zamanı 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi