Yuxarı

Kabildə toyda partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB-2 - FOTO - VİDEO

​Kabildə toyda partlayış olub, 20 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı xəsarət alanların da sayı 180 nəfərə çatıb.

Daha əvvəl bildirilirdi ki, Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb, 100 nəfər yaralanıb.

İlkin məlumata görə, partlayışı kamikadze törədib.


***03:21

Əfqanıstanın paytaxtı Kabildə keçirilən toy mərasimində törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb, daha 100 nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "BNO News" məlumat yayıb.

İlkin məlumatlara görə, partlayışı kamikadze törədib. Hadisədən sonra sağ qalanlar təşviş içində qaçmağa başlayıblar.

Əfqanıstanda partlayışı terror aktı adlandırıblar, lakin ona görə məsuliyyəti heç kim üzərinə götürməyib.


***02:59

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində azı 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Report” xəbər verir ki, bu barədə Kabilin səhiyyə qurumlarına istinadən AFP məlumat yayıb.

Daha əvvəl də Kabildə toy zamanı partlayış olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi