Bakı. 10 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin özü partlatması nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən 1TV kanalı məlumat yayıb.
Terrorçu motosikletlə gələrək Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün 17-ci ildönümünə həsr olunmuş nümayiş iştirakçılarının arasına daxil olub və özünü partladıb.
Bildirilir ki, xüsusi xidmət oqanları terror aktı törədilənədək bir kamikadzeni məhv ediblər.