Kabildə partlayış nəticəsində 7 nəfər ölüb

Kabildə partlayış nəticəsində 7 nəfər ölüb Bakı. 10 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin özü partlatması nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Digər ölkələr
10 Sentyabr , 2018 03:35
Kabildə partlayış nəticəsində 7 nəfər ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin özü partlatması nəticəsində 7 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən 1TV kanalı məlumat yayıb.

Terrorçu motosikletlə gələrək Əfqanıstanın milli qəhrəmanı Əhməd Şah Məsudun ölümünün 17-ci ildönümünə həsr olunmuş nümayiş iştirakçılarının arasına daxil olub və özünü partladıb.

Bildirilir ki, xüsusi xidmət oqanları terror aktı törədilənədək bir kamikadzeni məhv ediblər.

Son xəbərlər

Orphus sistemi