İŞİD İraqın hərbi vertolyotunu vurub

İŞİD İraqın hərbi vertolyotunu vurub Hadisə nəticəsində iki pilot həlak olub
Digər ölkələr
13 Dekabr , 2014 16:27
İŞİD İraqın hərbi vertolyotunu vurub

Bakı. 13 dekabr. REPORT.AZ/ İŞİD yaraqlıları İraq Silahlı Qüvvələrinə məxsus helikopterı ölkə paytaxtı Bağdaddan 120 km şimalda yerləşən Səmarra şəhəri yaxınlığında vurublar.

"Report" "TASS"a istinadən xəbər verir ki, məlumatı "əl-Ərəbiyyə" telekanalı yayıb.

Kanal bildirib ki, İŞİD yaraqlıları EC635 markalı döyüş helikopterini daşınan raket qurğusu ilə vurublar.

Hadisə nəticəsində iki pilot həlak olub.

Son xəbərlər

Orphus sistemi