İyulun əvvəlində Hamburqda Tramp və Putin arasında daha bir görüş olub

İyulun əvvəlində Hamburqda Tramp və Putin arasında daha bir görüş olub Bundan əvvəl ABŞ və Rusiya prezidentlərinin yalnız bir dəfə görüşdükləri məlum idi
Digər ölkələr
19 İyul , 2017 07:48
İyulun əvvəlində Hamburqda Tramp və Putin arasında daha bir görüş olub

Bakı. 19 iyul. REPORT.AZ/ G20-nin Almaniyanın Hamburq şəhərində keçirilən sammiti zamanı Rusiya və ABŞ liderləri arasında iki görüş baş tutub.

"Report" xəbər verir ki, bundan əvvəl prezidentlərin yalnız bir dəfə görüşdüyü məlum idi.

Amerika KİV-lərinin Ağ evdəki mənbəyə istinadən yaydıqları məlumata görə, onlar ikinci dəfə iyulun 7-də şam yeməyi zamanı bir araya gəliblər.

Amerika Administrasiyası nümayəndəsinin məlumatına görə, şam yeməyinin təqribən ortalarında ABŞ prezidenti Donald Tramp öz yerindən qalxaraq Rusiya prezidenti Vladimir Putinin yanında əyləşib.

Bildirilir ki, Amerika lideri həmin zaman tək olub, Rusiya prezidentinin yanında isə tərcüməçisi olub.

Son xəbərlər

Orphus sistemi