İtaliyanın yeni baş naziri Trampla ilk dəfə görüşüb

İtaliyanın yeni baş naziri Trampla ilk dəfə görüşüb Bakı. 9 iyun. REPORT.AZ/ İtaliyanın yeni baş naziri Cüzeppe Kontinin ABŞ prezidenti Donald Trampla ilk dəfə görüşü Böyük yeddilərin Kanadada keçirilən sammitində baş tutub.
Digər ölkələr
9 İyun , 2018 02:46
İtaliyanın yeni baş naziri Trampla ilk dəfə görüşüb

Bakı. 9 iyun. REPORT.AZ/ İtaliyanın yeni baş naziri Cüzeppe Kontinin ABŞ prezidenti Donald Trampla ilk dəfə görüşü "Böyük yeddilər"in Kanadada keçirilən sammitində baş tutub.

"Report" xəbər verir ki, iki ölkə liderinin bir-birinin əlinin sıxması fotosunu Konte özünün "facebook" səhifəsində yerləşdirib.

Fotonun altında belə bir qeyd var: "Tarixi alyans, yeni dostluq". Fotoda Trampın gülümsəyən Kontenin əlini sıxması, eyni zamanda onu barmağı ilə göstərməsi əks olunub. Bundan əlavə, onlar bir-birlərinə deyil, ola bilsin, kameraların obyektivinə baxırlar.  

Son xəbərlər

Orphus sistemi