Yuxarı

​İtaliyada zəlzələ baş verib

​İtaliyada zəlzələ baş verib
Yeraltı təkanlar Latsio və Umbriya vilayətlərində, Terni şəhərində qeydə alınıb

Bakı. 31 may. REPORT.AZ/ İtaliyanın mərkəzi bölgəsində zəlzələ baş verib. “Report” TASS agentliyinə istinadən xəbər verir ki, zəlzələ 4,1 bal gücündə olub.

Yeraltı təkanlar Latsio və Umbriya vilayətlərində, Terni şəhərində qeydə alınıb.

“ANSA” agentliyinin məlumatına görə, zəlzələnin episentri 15 kilometr dərinlikdə olub.

Zərər çəkənlər və dağıntılar barəsində məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi