​İtaliyada naməlum şəxs eyvandan yoldan keçənləri atəşə tutub

​İtaliyada naməlum şəxs eyvandan yoldan keçənləri atəşə tutub Hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb
Digər ölkələr
15 May , 2015 22:06
​İtaliyada naməlum şəxs eyvandan yoldan keçənləri atəşə tutub

Bakı. 15 may. REPORT.AZ/ İtaliyanın Neapol şəhərində naməlum şəxs evinin eyvanından dinc sakinləri atəşə tutmağa başlayıb.

"Report" xəbər verir ki, qırma tüfəngi ilə əvvəlcə həyat yoldaşını vuran kişi, daha sonra eyvana çıxaraq yoldan keçənləri atəşə tutub.

İnsident nəticəsində dörd nəfər ölüb, beş nəfər yaralanıb. Ölənlər arasında bir nəfərin polis əməkdaşı olduğu qeyd edilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi