İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb, 21 645 nəfər ölüb

İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb, 21 645 nəfər ölüb İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
15 Aprel , 2020 20:02
İtaliyada koronavirusa yoluxanların sayı 165 mini ötüb, 21 645 nəfər ölüb

İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 645-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 667 nəfər artaraq 165 155-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 028 000-i ötüb. Bunların 494 562 nəfəri sağalıb, 129 186 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi