İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət 6 ay davam edəcək.
Qeyd edək ki, qərar İtaliyada 2 nəfərə koronavirus diaqnozu qoyulduqdan sonra verilib.
Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus dünyanın 24 ölkəsində aşkarlanıb. Koronavirusdan ölənlərin sayı 213, yoluxanlar isə 9922 nəfərdir.