Yuxarı

İtaliyada dağ xizəkçiləri qar uçqunu altında qalıb: 4 ölü, 4 yaralı

İtaliyada dağ xizəkçiləri qar uçqunu altında qalıb: 4 ölü, 4 yaralı
Hadisə ümumilikdə 20 nəfərdən ibarət qrupun başına gəlib

Bakı. 3 mart. REPORT.AZ/ İtaliyanın Alp dağları ərazisində qar uçqunu nəticəsində 4 nəfər ölüb, ən azı 4 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Hadisə Valle-d'Aosta vilayətinin Kurmayor kommunasında baş verib. Qar uçqunu altında ümumilikdə 20 nəfər əcnəbidən ibarət dağ xizəkçisi qalıb.

Məlumata görə, onlar quraşdırılan yoldan kənarda xizək sürüblər.

Hazırda bir neçə nəfər itkin düşmüş hesab olunur. Ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə yerinə polislər, həkimlər və iki vertolyot cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi