İtaliyada avqustun 27-si matəm günü elan edilib

İtaliyada avqustun 27-si matəm günü elan edilib Həmin gün Askoli-Piçeno şəhərində zəlzələ qurbanları dəfn olunacaqlar
Digər ölkələr
26 Avqust , 2016 15:10
İtaliyada avqustun 27-si matəm günü elan edilib

Bakı. 26 avqust. REPORT.AZ/ İtaliya hökuməti avqustun 24-də baş vermiş zəlzələ nəticəsində ölənlərin xatirəsini anmaq məqsədilə avqust ayının 27-ni matəm günü elan etmək qərarına gəlib.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Rentsi bildirib.

Məlumata görə, həmin gün Askoli-Piçeno şəhərində zəlzələ qurbanları dəfn olunacaqlar.

Şənbə günü bütün bələdiyyə binalarında dövlət bayraqları aşağı salınacaq.

Qeyd edək ki, avqustun 30 və 31-də İtaliyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Son xəbərlər

Orphus sistemi