Bakı. 26 avqust. REPORT.AZ/ İtaliya hökuməti avqustun 24-də baş vermiş zəlzələ nəticəsində ölənlərin xatirəsini anmaq məqsədilə avqust ayının 27-ni matəm günü elan etmək qərarına gəlib.
"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Matteo Rentsi bildirib.
Məlumata görə, həmin gün Askoli-Piçeno şəhərində zəlzələ qurbanları dəfn olunacaqlar.
Şənbə günü bütün bələdiyyə binalarında dövlət bayraqları aşağı salınacaq.
Qeyd edək ki, avqustun 30 və 31-də İtaliyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.