Yuxarı

İtaliya baş nazirinin mühafizəçisi koronavirusdan öldü

​İtaliya baş nazirinin mühafizəçisi koronavirusdan öldü

1411

İtaliyanın baş naziri Cüzeppe Kontenin mühafizəçisi koronavirusun qurbanı olub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölən 52 yaşlı Corcio Quastamakkiadır.

Məlumata görə, mühafizəçiyə koronavirus diaqnozu ötən gün qoyulub. O, bu gün səhər xəstəlikdən dünyasını dəyişib.

İki uşaq atası olan C.Quastamakkianın son zamanlar baş nazir C.Konte ilə yaxın təmasda olmadığı, onunla xarici səfərlərə getmədiyi vurğulanır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 138 000-i ötüb. Bunların 236 185 nəfəri sağalıb, 61 142 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi