Yuxarı

İsveçrədə koronavirusa yoluxanların sayı 24,3 mini ötdü

​İsveçrədə koronavirusa yoluxanların sayı 24,3 mini ötdü

Mərkəzi Avropa ölkəsi olan İsveçrədə qeydə alınmış koronavirus hallarının sayı artıb.

“Report” xəbər verir ki, İsveçrə Federal İctimai Səhiyyə Administrasiyası ölkədə son sutkada 734 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb. 

Beləliklə, İsveçrədə qeydə alınmış koronavirus hallarının sayı 24 308-ə çatıb.

Bundan başqa, son bir gündə ölənlərin sayında da artım müşahidə edilib. Belə ki, İsveçrədə koronavirusdan ölənlərin sayı daha 49 nəfər artaraq 805-ə yüksəlib.

Ölkə rəhbərliyi məhdudiyyət tədbirlərini aprelin 26-dək uzatmağı qərar verib. Qadağaların ləğv edilməsi ayın sonundan başlayaraq tədricən baş verəcək. Bu, iki həftəyədək çəkə bilər.

Qeyd edək ki, İsveçrədə koronavirusa ilk yoluxma faktı fevralın 25-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 617 000-i ötüb. Bunların 365 795 nəfəri sağalıb, 96 940 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi