İsveçdə neonasistlərin yürüşü zamanı 60 nəfər saxlanılıb

İsveçdə neonasistlərin yürüşü zamanı 60 nəfər saxlanılıb Tədbir zamanı polis və mülki şəxslər yaralanıb
Digər ölkələr
1 Oktyabr , 2017 01:54
İsveçdə neonasistlərin yürüşü zamanı 60 nəfər saxlanılıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ İsveçin Göteborq şəhərinin mərkəzində "Şimal müqavimət hərəkatı" təşkilatından olan neonasistlərin yürüşü zamanı 60 nəfər saxlanılıb.

"Report" "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, tədbir zamanı polis və mülki əhali arasında xəsarət alanlar olub.

Nəşrin məlumatına görə, nümayiş qarşıdurmaya çevrilib. Mitinqçilər əvvəlcədən razılaşdırılmış marşrutu dəyişməyə cəhd göstəriblər.

Qeyd olunur ki, etirazlar zamanı təşkilat fəalları ilə onların əleyhdarları arasında da toqquşma olub.

Son xəbərlər

Orphus sistemi