Yuxarı

İsveç məhkəməsi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib

İsveç məhkəməsi Asanjın qiyabi həbs sorğusunu qəbul etməyib

İsveç məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib.

Bunu “Report” “Sputnik”ə istinadən xəbər verir.

Xatırladaq ki, 2010-cu ildə İsveçdə cinsi zorakılıqda ittiham edilən C.Assanj 2012-ci ildən Ekvador səfirliyində sığınacaq tapıb. Bu il aprelin 11-də isə İsveç və ABŞ orderlərinə əsasən, həbs edilən C.Assanj London məhkəməsi tərəfindən girov müqabilində azadlığa çıxmaq qaydalarını pozmaqda ittiham edilərək 11 ay həbs cəzasına məhkum edilib. Onun məhz hansı ölkəyə - İsveçə, yoxsa ABŞ-a ekstradisiya olunacağına dair dinləmələr isə mayın 2-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi