İsveç məhkəməsi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib

İsveç məhkəməsi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib İsveç məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib.
Digər ölkələr
3 İyun , 2019 20:21
İsveç məhkəməsi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib

İsveç məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Asanjın qiyabi həbsi barədə prokurorluğun sorğusunu qəbul etməyib.

Bunu “Report” “Sputnik”ə istinadən xəbər verir.

Xatırladaq ki, 2010-cu ildə İsveçdə cinsi zorakılıqda ittiham edilən C.Assanj 2012-ci ildən Ekvador səfirliyində sığınacaq tapıb. Bu il aprelin 11-də isə İsveç və ABŞ orderlərinə əsasən, həbs edilən C.Assanj London məhkəməsi tərəfindən girov müqabilində azadlığa çıxmaq qaydalarını pozmaqda ittiham edilərək 11 ay həbs cəzasına məhkum edilib. Onun məhz hansı ölkəyə - İsveçə, yoxsa ABŞ-a ekstradisiya olunacağına dair dinləmələr isə mayın 2-də başlayıb.

Son xəbərlər

Orphus sistemi