Yuxarı

İsrailin Baş naziri: "İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik"

İsrailin baş naziri İranı hədələyib

“Biz İranın nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”.

“Report” "News.ru"ya istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə razılaşmasından qismən çıxması qərarına münasibət bildirərkən deyib.

“İranın nüvə proqramını davam etdirmək niyyətində olduğunu eşitdim. Biz İrana nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik”, - İsrail hökumətinin başçısı vurğulayıb.

O bildirib ki, yəhudi dövlətinin varlığını təhdid edənlərə qarşı İsrail mübarizəni davam etdirəcək.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani mayın 8-də ölkəsinin nüvə razılaşmasından qismən çıxacaqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi