Yuxarı

İsraildə yanğın törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb

İsraildə yanğın törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb
Polis rəisi İsraildə baş verən yanğınlarının səbəblərinin araşdırılması üçün xüsusi qruplar yaradılmasıyla bağlı göstəriş verib

Bakı. 25 noyabr. REPORT.AZ/ İsrail polisi ölkənin müxtəlif ərazisində törədilən genişmiqyaslı yanğınlarla əlaqədar 12 şübhəli şəxs saxlayıb.

"Report" "NewsRu.co.il" portalına istinadən xəbər verir ki, polis rəisi İsraildə baş verən yanğınların səbəblərinin araşdırılması üçün xüsusi qruplar yaradılması ilə bağlı göstəriş verib.

İsrailin Baş naziri Binyamin Netanyahu yanğının böyük hissəsinin milli ədavət zəmnində törədilməsindən əmin olduğunu bildirib. O, yanğın törədənlərə və terrorçuluğa təhrik edənlərə qarşı tədbirlər görəcəklərini söz verib. Hökumət başçısı cinayətkarların və terrorçuların hərəkətlərinə görə cavab verməli olduqlarını vurğulayıb.

Qeyd edək ki, təbii fəlakətlər bu həftə ərzində ölkənin bir sıra rayonunda baş verib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qüds yaxınlığında yerləşən Nataf qəsəbəsindəki, eləcə də Təl-Əviv və Qüds arasında yerləşən Latrun bölgəsində meşə yanğınları ilə mübarizə aparırlar.

Xatırladaq ki, Azərbaycan yanğının söndürülməsinə kömək etmək üçün İsrailə yanğınsöndürən təyyarə göndərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi